“BƏƏ ilə ərzaq təhlükəsizliyi və azad ticarət sahəsində yeni sazişlər imzalanacaq”.
Milletinsesi.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Ermənistan-BƏƏ biznes forumunun kuluarlarında deyib.
O hesab edir ki, bu, Ermənistan ixracı üçün mühüm addımdır: “Birləşmiş Ərəb Əmirlikləri Rusiya və Çinlə birlikdə Ermənistanın üç ən böyük ticarət tərəfdaşı sırasındadır”.
“Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb, 2023-cü ilin ilk 7 ayında isə artıq 870 milyon dollar olub.Hazırda bir sıra iri layihələr, o cümlədən daşınmaz əmlak, turizm və səhiyyəyə investisiyalar müzakirə olunur. Eyni zamanda, Rusiya Federasiyasına qarşı sanksiyalarla əlaqədar BƏƏ-yə və geriyə malların təkrar ixracı ilə bağlı risklər diqqətlə hesablanır”, – Kerobyan söyləyib.