Qərbi Azərbaycan əyalətində 100-dən çox sosial media fəalı həbs edilib

 

Qərbi Azərbaycan əyalətində 100-dən çox sosial media fəalı həbs edilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı Qərbi Azərbaycan əyalətinin polis qüvvələrinin komandiri Rəhim Cəhanbəxşin yerli mediaya müsahibəsinə istinadla xəbər verib.

Hüquq-mühafizə orqanının nümayəndəsi bildirib ki, əyalətdə 137 media fəalı müəyyən edilərək həbs olunub.

“Onlar bir sıra məzmun, şəkil və videolar paylaşmaqla ictimai fikri çaşdırmağa çalışıb, bəziləri isə iğtişaşları qızışdırmaq niyyətində olublar”, – deyə o iddia edib.

R.Cahanbəxş onu da bildirib ki, bununla yanaşı “Instaqram”da 52 hesab bağlanıb.

Mənbə

Share: