Ermənistan ordusu işğal etdikləri torpaqlarda hərbi təlimlərə başlayıb

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusu Ağdamın işğal altında olan ərazilərində hərbi təlimlərə start verib.

Ağır artilleriyadan açılan atəş səsləri Tərtər və Ağdamın kəndlərindən eşidilir.

Share: