Ermənistan sülh prosesinin mahiyyətini dərk etmir

İşğal dövründə Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minaların miqdarına görə bu gün Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

“Təəssüf ki, Ermənistandakı hakim rejim bu gün də sülh prosesinin mahiyyətini və tarixi əhəmiyyətini dərk etmir, revanşizm hissləri ilə yaşayır, reallıqlardan nəticə çıxara bilmir” , – deyə nazir müavini bildirib.

Mənbə

Share: