Ermənistanda 1 703 yeni yoluxma, 29 nəfər ölüb

Ermənistanda daha 1703 nəfərdə koronavirus aşkarlanıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə virusa yoluxanların sayı 114 383-ə yüksəlib.

Ermənistanda pandemiyadan ölənlərin sayı sutka ərzində 29 nəfər artaraq 1697-ə çatıb. Koronavirusa yoluxub digər xəstəlikdən ölənlərin sayı isə ötən sutka 10 olmaqla, 440 nəfərə qalxıb.

 

Share: