Ermənistanda COVID-19-dan daha 19 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 621 yoluxma halı qeydə alınıb.

“Sputnik Armenia”nın yaydığı xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada 19 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 733 nəfərə çatıb.
Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 156 763, xəstəlikdən sağalanların sayı isə 137 815 nəfərə yüksəlib.

Share: