Ermənistanda daha 28 nəfər koronadan öldü

Ermənistanda daha 2103 nəfərdə koronavirus aşkarlanıb.

Milletinsesi.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 99 563-ə yüksəlib.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 28 nəfər artaraq 1476-ya çatıb. COVİD-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 390-a yüksəlib.

Hazırda Ermənistanda 37 562 aktiv koronavirus xəstəsi var.

 

Share: