Ermənistanda evdar qadının 11-ci uşağı doğulub

Ermənistanın Armavir rayonunun Ayqevan kənd sakini Roza Papoyan 11-ci övladını dünyaya gətirib.

Modern.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, körpə fevralın 2-də dünyaya gəlib, oğlana Hor adı verilib. Roza və əri Vladimir Kesablyan üçün Hor altıncı oğlan olub, ailədə daha beş qız da böyüyür.

Cütlüyün ilk övladının 19 yaşı var, orduda xidmət edir, ailənin ən kiçik övladının 2 yaşı var.

Vladimir Kesablyanın kənd təsərrüfatı ilə, Roza Papoyanın uşaq böyütməklə məşğul olduğu bildirilib.

Mənbə

Share: