Ermənistanda koronadan ölənlərin sayı 300-ü keçdi

Ermənistanda son sutka ərzində koronavirusa 544 nəfər yoluxub.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 18033-ə çatıb.

Son sutka ərzində ölənlərin sayı 12 nəfər artaraq 302-yə qalxıb.

 

Share: