Ermənistanda koronavirusdan ölənlərin sayı 2890 nəfərə çatıb

Ermənistanda indiyədək yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 160 853 nəfərə çatıb.

Milletinsesi.az bildirir ki, son sutka ərzində Ermənistanda 309 yeni yoluxma qeydə alınıb.

Son sutka ərzində 12 nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin sayı 2 890 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 146 576 nəfərdir.

Share: