Ermənistanda koronaya yoluxanların sayı 15 mini keçdi

Ermənistanda son sutka ərzində koronavirusa 612 nəfər yoluxub.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla da koronavirusa yoluxanların ümumi sayı 15281 nəfər təşkil edib.

Virusdan ölənlərin sayı son sutka ərzində 13 nəfər artaraq 258-ə çatıb.

 

Share: