“Ermənistanda sistemli korrupsiya var və ona qondarma baş nazir rəhbərlik edir” – İşxanyan

“ABŞ Dövlət Departamenti 2022-ci il Qlobal İnsan Haqları Hesabatını açıqlayıb. Hesabat tədqiq edilmiş 200 ölkədə, o cümlədən Ermənistanda vəziyyəti təqdim edir”.

Bu fikirləri “Ermənistan Helsinki Komitəsinin” QHT sədri, hüquq müdafiəçisi Avetik İşxanyan səsləndirib: “Hesabatda qeyd olunur ki, ölkədə tikinti, mədənçıxarma, dövlət idarəçiliyi, parlament, məhkəmə sistemi, satınalmalar və dövlət subsidiyaları da daxil olmaqla bir çox sektorlarda sistemli korrupsiya var. Amma Ermənistanın baş naziri son mətbuat konfransında bəyan edib ki, Ermənistanda sistemli korrupsiya yoxdur. Qondarma baş nazirin sözlərində məntiq yoxdur. Müxtəlif illərdə mətbuat onun ziddiyyətli fikirlərini dərc edib”, – İşxanyan bildirib.

“Əvvəla, qeyd edək ki, dünyada korrupsiyasını etiraf edəcək elə bir güc hələ olmayıb. İkincisi, dünyada elə bir ölkə yoxdur ki, orada 100 faiz korrupsiya olmasın. Üçüncüsü, 2018-ci ildəki yalan və saxtakarlıq inqilabından dərhal sonra baş nazirin ailəsi korrupsiyaya təkan verdi. Bu, korrupsiyanın klassik nümunəsidir. Sonra kölgə bonusları, tək mənbədən alış-veriş, qohumların çiçəklənən biznesi, dəbdəbəli toy və dünən tarix müəllimi olan bir adamın mənzilləri gəldi. Bu seriyanı sonsuza qədər davam etdirmək olar. Dediyim kimi, elə bir ölkə yoxdur ki, orada korrupsiya mövcud olmasın. Eyni hal 2018-ci ilə qədər Ermənistanda yaşanıb. Amma indiki hakimiyyət öz korrupsiyasının miqyası ilə Ermənistanın bütün əvvəlki hakimiyyətlərini üstələyib. Ona görə də Ermənistanda sistemli korrupsiya var və ona şəxsən qondarma baş nazir rəhbərlik edir”, – deyə Avetik İşxanyan fikirlərini tamamlayıb.

Mənbə

Share: