Ermənistanda son sutkada COVID-19-dan 22 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 348 yoluxma halı qeydə alınıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 22 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 797 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 158 296, xəstəlikdən sağalanların sayı isə 140 942 nəfərə yüksəlib.

Share: