Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır və…

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır və…

Tarixi Vaşinqton Sammitində qəbul edilən qərarlar və mesajlar hamının yadındadır.

Millətin Səsi.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində mühüm addımlar atılıb.

“Vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri, dövlət rəsmiləri arasında görüşlər keçirilməsi bunun bariz nümunəsidir. Vaşinqtonda qəbil edilən Birgə Bəyannamədə də qeyd olunur ki, prosesin başa çatdırılması üçün Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır. Bunun vaxtı və zamanı Ermənistanın daxili prosesidir. Seçkilərdən sonra da Ermənistan Baş naziri ilin sonunda Konstitusiya mətninin ictimaiyyətə açıqlanması kimi yeni mesajlar verdi”, – o vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi prosesi müşahidə edir və rəsmi Bakının yanaşması dəyişməz olaraq qalır.

Share: