Estoniyanın 15 regionundan 9-da ictimai nəqliyyat həmişəlik pulsuz olacaq.
Digər 6 region da 2020-ci ilədək bu təcrübəyə qoşulacaq.
Bu təcrübə dünyada ilk olacaq. Tallinndə 2013-cü ildən bəri ictimai nəqliyyat ödənişsizdir. Digər 8 regionda isə qərar iyulun 1-dən qüvvəyə minəcək. Müqayisə üçün deyək ki, Lüksemburq analoji təcrübəni 2020-ci ildən tətbiq etməyə hazırlaşır.
Bu tədbirlərlə Estoniya hökuməti nəinki havanı təmiz saxlamağa, həmçinin ticarət dövriyyənin həcmini artırmağa da nail olub. Belə ki, insanlar nəqliyyat xərclərini düşünmədən rahat alış-veriş edir, müxtəlif daşımalar həyata keçirirlər. Hər bir Estoniya vətəndaşı nəqliyyat kartını bircə dəfə qeydiyyatdan keçirməklə sözügedən regionlardakı şəhərdaxili ictimai nəqliyyatdan (taksilər istisna olmaqla) pulsuz istifadə edə biləcək. (Azertag.az)