Estoniyada Sovet abidəsi söküldü

Estoniyanın Rusiya ilə sərhəddə yerləşən, əsasən rusdilli əhalinin yaşadığı Narva şəhərində Sovet dövründən qalma T-34 tankının abidəsi sökülüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin ERR agentliyi məlumat yayıb.

 

Tankın Estoniya Müharibə Muzeyinə köçürüldüyü bildirilir. Tankın köçürülməsi barədə qərar avqustun 7-də Narva Şəhər Assambleyasının deputatları tərəfindən verilib.

 

Bundan əvvəl Estoniya Baş naziri Kaja Kallas bildirib ki, hökumət ölkə ərazisində olan bütün sovet abidələrinin sökülməsi barədə qərar qəbul edib.

 

“Nazirlər Kabinetinin iclasında işğalçı dövlətin rəmzləri olan memorialların ictimai məkandan çıxarılmasını ətraflı müzakirə etdik. Estoniyada 200-400 arası belə abidə var”, – deyə baş nazir vurğulayıb.

 

Akif İsmayılov

Mənbə

Share: