“EuroHome”da yanğının söndürülməsinə təyyarə və 3 helikopter cəlb olunub

FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd “BE-200ÇS” tipli təyyarəsi və 3 helikopteri cəlb olunub. Əlavə məlumat veriləcək.

Milletinsesi.az xəbər verir ki, məlumatı FHN yayıb.
Share: