“Eurovision 2020” loqosu və iştirakçıları bəlli olub

Bu il Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçiriləcək “Eurovision 2020” mahnı müsabiqəsinin loqosu artıq hazırdır.

Milletinsesi.az xəbər verir ki, müsabiqədə eyni zamanda  çıxış edəcək bəzi ölkələrin və iştirakçıların da adları məlum olub.

Ölkə təmsilçilərinin siyahısını təqdim edirik:

Albaniya – Arilena Ara

İspaniya – Blas Kanto

Belçika – “Hooverphonic” qrupu

Bolqarıstan – Viktoriya

Kipr – Sandro

Avstriya – Vinsent Bueno

Gürcüstan – Tornike Kipiani

Qeyd edək ki, yarışmanın yarımfinalları mayın 12-də və 14-də, final isə mayın 16-da baş tutacaq.

Xatırladaq ki, ötən il müsabiqədə Niderlandı təmsil edən Dunkan Laurens “Arcade” mahnısı ilə 492 səs toplayaraq, birinci olmuşdu.

Share: