“Fevralın 1-də haylar Qarabağdan köçürüləcək…-Vardanyan İngiltərə casusudur…”

“Vedmina izba – 2″(“Cadugər daxması-2” “YouTube” kanalında özünü “cadugər” kimi təqdim edən ezoterik mütəxəssis İnqa Xosroeva guya Qarabağdakı qanunsuz separatçı hakimiyyətin oradakı hayları Ermənistana köçürmək niyyətini açıqlayıb. 

 

Moderator.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə o, həmvətənlərini ətalətdə və “oğrulara, yalançılara” və “vətənsiz kosmopolitlər yetişdirməyə” müqavimət göstərə bilməmələrinə görə qınayır.

 

“İndi diqqətlə qulaq asın. Ruben Vardanyan İngiltərə vətəndaşıdır, İngiltərənin agentidir”, – deyə əlavə edən İnqa qondarma “dövlət naziri”nin həyat yoldaşını xatırladaraq onun yəhudi mənşəli olması barədə mənfi fikirlər səsləndirib.

 

“Ruben Vardanyan gələn kimi Artsaxı mühasirəyə aldılar. O, hər gün çıxır, xalqı sakitləşdirir…İndi qulaq asın. Gizli sənədlər üzə çıxarmışıq… 2022-ci il noyabrın 16-da sizi hər gün yuxuya verən, “hər şey qaydasındadır, hər şey yaxşıdır” deyə sizin tərifli Ruben Vardanyan əmr yazıb ki, 2023-cü il fevralın 1-də Artsaxı boşaltmaq üçün 50 avtobus ayrılsın. Fevralın 1-də sizin hakimiyyət hamınızı oradan evakuasiya edəcək…

 

Vardanyana inanırsınız, amma o, bunu artıq noyabrın 16-da planlaşdırıb. Siz hələ blokadada deyildiniz, amma Ruben Vardanyan artıq bu mühasirəni planlaşdırıb ki, mühasirəyə alınacaqsınız, yol bağlanacaq, aclıqdan öləcəksiniz və sonra oradan getmək qərarına gələcəksiniz” -deyə ezoterik vurğulayıb.

Mənbə

Share: