FHN AAAF-la bağlı rəsmi qərar verdi – Açıqlama

Xırdalan şəhərinin Səttar Bəhlulzadə küçəsinə baxan AAAF İnşaat MMC-yə məxsus çoxmərtəbəli binaların zirzəmilərində qanunsuz qazıntı işlərinin aparılması Fövqəladə Hallar Nazirliyinin nəzarəti ilə dayandırılıb.

Bu barədə Axar.az-a FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçi müfəttişi Fərid Süleymanlı açıqlama verib:

“Vətəndaşların şikayətinə əsasən dəfələrlə sözügedən ərazidə olmuşuq. Çoxmərtəbəli binalarda pəncərə-qapı boşluqlarının qoyulması ilə bağlı dəfələrlə AAAF MMC-yə və Abşeron rayon İH-yə xəbərdarlıq etmişik. Buna baxmayaraq, iş davam etdirilib, yenidən qapı boşluqları açılıb. Hətta qapı da qoyulub. İşin dayandırılması üçün ərazi FHN əməkdaşları tərəfindən lentlənib. Artıq AAAF İnşaat MMC-nin tikinti işlərini dayandırması ilə bağlı rəsmi qərar verdik”.

Qeyd edək ki, FHN ötən həftə saytımızdan verilən sorğuya əsasən AAAF İnşaat MMC-yə məxsus çoxmərtəbəli binaların zirzəmilərində qazıntı işlərinin aparılması ilə bağlı araşdırma başlatmışdı.

Share: