
Hərbi nöqteyi-nəzərdən Finlandiya və İsveçin NATO-ya eyni vaxtda daxil olması vacibdir.
Modern.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.
O bildirib ki, rəsmi Helsinki İsveçdən alyansa qoşulmağa tələsmir.
“Biz NATO-ya üzvlük üçün birlikdə müraciət etdik və bu prosesi də birlikdə başa çatdıracağıq”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edib. Üzvlük ərizəsini Türkiyə və Macarıstandan başqa bütün NATO ölkələri təsdiq edib.
Akif İsmayılov