Finlandiya İsveçlə birgə NATO-ya üzv olacaq 

Hərbi nöqteyi-nəzərdən Finlandiya və İsveçin NATO-ya eyni vaxtda daxil olması vacibdir.

 

Modern.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

 

O bildirib ki, rəsmi Helsinki İsveçdən alyansa qoşulmağa tələsmir. 

 

“Biz NATO-ya üzvlük üçün birlikdə müraciət etdik və bu prosesi də birlikdə başa çatdıracağıq”, – deyə nazir qeyd edib.

 

Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edib. Üzvlük ərizəsini Türkiyə və Macarıstandan başqa bütün NATO ölkələri təsdiq edib.

 

Akif İsmayılov 

Mənbə

Share: