
Fransa prezidenti Emmanuel Makron ölkəsinin hərbi sahədəki hədəfləri barədə danışıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, Makron ordunu gücləndirməyin vacib olduğunu bəyan edib.
Onun sözlərinə görə, nüvə sahəsində də yeniliklərə ehtiyac var.
“Biz Fransanın nüvə potensialını gücləndirəcəyik. Bunun üçün işlər görüləcək”, – deyə Makron vurğulayıb.