Fransa nüvə potensialını gücləndirəcək – Makron

Fransa prezidenti Emmanuel Makron ölkəsinin hərbi sahədəki hədəfləri barədə danışıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Makron ordunu gücləndirməyin vacib olduğunu bəyan edib.

 

Onun sözlərinə görə, nüvə sahəsində də yeniliklərə ehtiyac var.

 

“Biz Fransanın nüvə potensialını gücləndirəcəyik. Bunun üçün işlər görüləcək”, – deyə Makron vurğulayıb.

Mənbə

Share: