Fransa rus milyarderinin 120 milyonluq yaxtasını əlindən aldı

Fransa hökuməti  rusiyalı oliqarx, “Rosneft”in prezidenti İqor Seçinə məxsus yaxtaya həbs qoyub.Yaxtanın qiyməti 120 milyon dollardır.

Millətin Səsi.az  xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer deyib.

“Rusiya hakimiyyətinə yaxın şəxslərə qarşı Avropa Birliyinin sanksiyalarını tətbiq edən Fransa gömrükçülərinə təşəkkür edirik”, – nazir bildirib.

Qeyd edək ki, Seçinin “Amore Vero” adlı yaxtası 2013-cü ildə istehsal olunub.

Share: