Rusiya desant gəmiləri Odessaya doğru irəliləyir

Rusiya gəmiləri raket katerlərinin müşayiəti ilə Odessaya doğru gedir. Bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirir.

“Qara dənizin sularında Rusiya Federasiyası Qara Dəniz Donanmasının dörd böyük desant gəmisindən ibarət amfibiya dəstəsinin üç raket katerinin müşayiəti ilə Odessa istiqamətində hərəkəti müşahidə olunur”, – “Ukrayinskaya Pravda” Müdafiə Nazirliyinin məlumatından sitat gətirir.

Müdafiə Nazirliyi onu da xatırladıb ki, martın 2-də Ukrayna Silahlı Qüvvələrinin zenit-raket bölmələri Rusiyaya məxsus 3 təyyarə və iki helikopteri məhv edib.

virtualaz.org

Share: