Fransa səfiri Paşinyanın müavini ilə Laçın dəhlizindən danışdı

Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyo Ermənistanın baş naziri Nikol Paşinyanın müavini Tiqran Xaçatryanla görüş keçirib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə səfir özü məlumat verib.

 

Bildirilib ki, tərəflər Fransa-Ermənistan iqtisadi münasibətləri və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 

Qeyd edilib ki, həmçinin Laçın dəhlizindəki situasiya müzakirə mövzusu olub.

Mənbə

Share: