Fransa Ukraynaya “Sezar”lar göndərir

Fransa Ukraynaya daha 12 ədəd “Sezar” özüyeriyən artilleriya qurğusu verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekorn məlumat verib.

 

O bildirib ki, Fransa hökuməti Ukrayna əsgərlərinə təlim keçmək üçün 150 əsgərini Polşaya göndərəcək. Onlar Ukrayna hərbçilərinə hava hücumundan müdafiə sistemləri ilə işləməyi öyrədəcəklər.

 

Nazir xatırladıb ki, Fransa artıq Ukraynaya 18 ədəd “Sezar” silahı təqdim edib.

 

Akif İsmayılov 

Mənbə

Share: