“Fransa yenidən imperiya olmaq istəyir”

“Fransa yenidən imperiya olmaq və keçmiş müstəmləkələrini özünə tabe etmək istəyir”.

Bunu Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Bastia məhkəməsinin debatlarda Korsika dilinin istifadəsini qadağan edən son qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa hökuməti bu xalqın korsikalı olmaq hüququnu rədd edir: “Bu qərar böyük korsikalı Napoleon Bonapartdan qisas almaq məqsədi kimi görünür”.

A.Mollazadə xatırladıb ki, bəzi fransalı siyasətçilər Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqlarını pozduğunu iddia edirlər: “Bəs onlar niyə korsikalıların hüquqlarını tanımırlar? Bunun Avropanın mərkəzində baş verməsi çox üzücüdür. Ümid edirik ki, Fransa xalqı çox təhlükəli vəziyyətdən çıxış yolu tapacaq. XXI əsrdə islamofobiya, antisemitizm, irqçilik kimi müstəmləkə dövrünün dəyərlərinə qayıtmaq çox təhlükəlidir”.

Mənbə

Share: