Fransada təqaüd islahatına qarşı tətil başlayıb

Fransada təqaüd islahatları əleyhinə ümumi tətil və nümayişlərin üçüncü mərhələsi başlayıb.

Paris və əyalətlərdə tətillərin 13-cü günü ictimai nəqliyyat vasitələri işləmir. Nəqliyyatçılar Milad bayramınadək tətili davam etdirəcəklərini bildiriblər. Bütün sahələr üzrə həmkarlar təşkilatları səfərbər olub.

Dövlət xəstəxanalarında şəraitin dözülməz olduğunu deyən həkimlər işdən çıxacaqlarını bildiriblər. Lionda enerji istehsalçıları yaşayış evlərinə elektrik enerjisinin verilməsini dayandırıblar.

Qeyd edək ki, təqaüd üzrə ali komissar Jan-Pol Delevoye dekabrın 16-da istefa verib. Ancaq hökumətin sözçüsü bildirib ki, onun istefası təqaüd layihəsinin geri götürülməsi demək deyil.

Parisdə nümayişçilər kortecində 400-dən 600-dək dağıdıcılar gözlənildiyi bildirilib.

Share: