Fransanın Azərbaycandakı yeni səfiri Bakıya gəldi

Fransanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross Bakıya gəlib.

Report-un məlumatına görə, diplomat sentyabrın 19-dan səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, Z.Qross bu təyinatadək Fransa Müdafiə Nazirliyinin Strateji, Təhlükəsizlik və Silahsızlaşdırma İdarəsi müdirinin Silahsızlaşdırma və nüvə silahlarının məhdudlaşdırılması məsələləri üzrə müavini işləyib.

Bundan əvvəl Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe olub.

 

Share: