Futbolçular Qvardioladan narazıdırlar

“Mançester Siti”nin futbolçuları baş məşqçi Pep Qvardiolanın heyətdə daimi dəyişikliklər etməsindən narazıdır.

Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə oyunçular Premyer Liqanın 25-ci turunda “Tottenhem”ə 0:2 hesabı ilə məğlub olduqları matçın fasiləsində ona bildiriblər. Oyunçular düşünürlər ki, heyətdə dəyişikliklərin çox olması komandanın bu mövsümkü nəticələrinə mənfi təsir edə bilər.

Qeyd edək ki, Mikel Artetanın “Arsenal”a baş məşqçi təyin olunmasında sonra Qvardiola 9 matçda komandanı eyni tərkibdə oyuna çıxarmayıb. O, ümumilikdə bu mövsüm 76 dəyişiklik edib. Bu isə Premyer Liqa məşqçiləri arasında ən yüksək göstəricidir.

Share: