Azərbaycan kubokunun final oyunu unikal hadisə ilə yadda qalıb.
Qol.az xəbər verir ki, “Sumqayıt”la həlledici qarşılaşmada “Qəbələ” Futbol Akademiyası 11 yetirməsi ilə təmsil olunub. Onlardan 8-i “qırmızı-qaralar”ın, 3-ü isə “gənclik şəhəri” təmsilçisinin sifariş ərizəsində olub.
“Qəbələ”dən Elvin Camalov və Bəhlul Mustafazadə əsas heyətdə meydana çıxıbsa, Rövlan Muradov sonradan oyuna daxil olub. “Sumqayıt”da isə Yusif Nəbiyev ilk dəqiqələrdən mübarizəyə qoşulub. Ülvi İsgəndərov isə sonradan meydana girib.
Həmin futbolçuların siyahısını təqdim edirik:
Elvin Camalov (“Qəbələ”, əsas heyət)
Bəhlul Mustafazadə (“Qəbələ”, əsas heyət)
Yusif Nəbiyev (“Sumqayıt”, əsas heyət)
Rövlan Muradov (“Qəbələ”, sonradan oyuna daxil olub)
Ülvü İsgəndərov (“Sumqayıt”, sonradan oyuna daxil olub)
Qismət Alıyev (“Qəbələ”, ehtiyat oyunçu)
Roman Hüseynov (“Qəbələ”, ehtiyat oyunçu)
Vüsal Məsimov (“Qəbələ”, ehtiyat oyunçu)
Rüstəm Nuruyev (“Qəbələ”, ehtiyat oyunçu)
Samir Qurbanov (“Qəbələ”, ehtiyat oyunçu)
Baxşəli Baxşalıyev (“Sumqayıt”, ehtiyat oyunçu)
“Qəbələ”nin heyətində cəzalı Amin Seydiyev, “Sumqayıt”da isə Ehtiram Şahverdiyevi də daxil etsək, akademiyanın 13 yetirməsi finala qədər irəliləyib.
Qeyd edək ki, Naxçıvanda keçirilən finalda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” tarixində ilk dəfə titul qazanıb.