İranda 20 nəfəri ildırım vuraraq öldürüb

İranda 20 nəfər ildırım vurmasından ölüb. ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Təcili – Tibbi Yardım Təşkilatı açıqlayıb. Məlumata görə, ötən iki həftə ərzində ildırım ölkənin 19 əyalətində 20 nəfərin həyatına son qoyub.

Bundan başqa ildırımvurma nəticəsində daha 32 nəfər xəsarət alıb.

Məlumatda həmçinin ötən iki həftə ərzində ölkədə baş vermiş sel və daşqınlar nəticəsində 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilir.

Share: