Gələn il üçün yaşayış minimumu müəyyənləşdiriləcək

Gələn il üçün yaşayış minimumunun ilkin proqnozu müəyyənləşdiriləcək.

 

Modern.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

 

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2023-cü il üçün dəqiqləşdirilmiş, 2024-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2024-cü il üçün ilkin proqnozlarını 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını 2023-cü il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

Mənbə

Share: