Gəmilərdən istifadə edən sərnişinlərin sayı açıqlandı

[ad_1]

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 28,3 faiz artaraq 6,8 min nəfər olub.

Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 2854,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,9 faiz artıb.

Yüklərin 42,5 faizini neft yükləri təşkil edib.

[ad_2]

Share: