“Neftçi” “Aris”lə nə vaxt görüşəcək?

“Neftçi”nin Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Aris” (Limassol) növbəti yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, Kipr təmsilçisi Yunanıstan “Aris”i(Saloniki)  ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ​“Neftçi”nin Limassol “Aris”i ilə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

Share: