Gəncədə ər arvadının boğazını kəsib

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Şəhər sakini, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, əri bıçaqla onun boğazını kəsib.

Xəstəxanaya yerləşdirilən N.Mustafayevanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Share: