Gəncədə avtomobil ağaca çırpılıb, ölən var

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında qeydə alınıb. “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Share: