Gəncədə yataqxana yandı

Gəncə şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Binanın 2-ci mərtəbəsinin mətbəxində 1 ədəd dolab yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 4 m² sahədə qarsalanıb.

 

Yanğın zamanı 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə

Share: