GDU-da məlumat sessiyası keçirilib – FOTOLAR

Gəncə Dövlət Universitetində “AZMUN –ölkəmizdə  BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi “ proqramı çərçivəsində məlumat sessiyası  keçirilib.

 

Modern.az xəbər verir ki, GDU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə  tələbələrə  BMT Modeli  klubları  haqqında məlumat verilib.

 

Tədbirə online qatılan “AzMUN” proqramının rəhbəri Leyla Məmmədzadə qeyd edib ki,  bu cür klubların yaradılmasında əsas məqsəd  gənclərimizin potensialını üzə çıxarmaqdır.  Eyni zamanda BMT Modeli konfranslarında iştirak tələbələrə ictimai nitq, diplomatiya, liderlik bacarıqlarını qazandırmasında əhəmiyyətə malik olması vurğulanıb.

 

Tədbirdə tələbələri maraqlandıran suallara cavab verilib.

 

Mənbə

Share: