Azərbaycanın idman gimnastları Türkiyənin Mersin şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.
Moderator.az-ın məlumatına görə, yarışa qatılacaq 4 idmançı qardaş ölkəyə yollanıb.
Kişilər arasında Mənsum Səfərov və Nikita Simonov, qadınların yarışında isə Nazənin Teymurova və Samirə Qəhrəmanova qüvvələrini sınayacaqlar.
Dünya Kuboku 1-3 sentyabr tarixlərində təşkil olunacaq.