Gimnastlarımız Türkiyədə keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycanın idman gimnastları Türkiyənin Mersin şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

 

Moderator.az-ın məlumatına görə, yarışa qatılacaq 4 idmançı qardaş ölkəyə yollanıb.

 

Kişilər arasında Mənsum Səfərov və Nikita Simonov, qadınların yarışında isə Nazənin Teymurova və Samirə Qəhrəmanova qüvvələrini sınayacaqlar.

 

Dünya Kuboku 1-3 sentyabr tarixlərində təşkil olunacaq.

 

Mənbə

Share: