Gömrük xətti ilə büdcə daxilolmaları 30% ARTIB

2022-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 654,603 milyon manat təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

 

Bildirilir ki, bu rəqəm 2021-ci illə müqayisədə 30,2% çoxdur.

 

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,8 % artaraq 1 419,969 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 36,6% artaraq 4 003,424 milyon manat, aksizlər üzrə daxilolmalar 3,5% artaraq 168,896 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 42,85% artaraq 62,315 milyon manat olub.

Mənbə

Share: