Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə dərman preparatları, siqaretlər, avtomobil ehtiyat hissəsi və soyuq silahın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Bu barədə Milletinsesi.az DGK-ya istinadən xəbər verir.
Belə ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd “DAF”, 2 ədəd “Mercedes-Benz” və “Ford F-max” markalı yük nəqliyyat vasitələri saxlanılıb.
Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, 1 ədəd beşbarmaq, 36 qutu dərman preparatı, 1 ədəd avtomobil ehtiyat hissəsi, ümumilikdə 1 400 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.