“Mançester Yunayted” “Ayaks”dan yarımmüdafiəçi alır

“Mançester Yunayted” “Ayaks”ın futbolçusu Donni van de Beki transfer etməyə yaxındır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Niderland təmsilçisi 23 yaşlı yarımmüdafiəçini İngiltərə klubuna satmağa razılıq verib. Razılığa əsasən, “Mançester Yunayted” 40 milyon funt sterlinq ödəyəcək.

De Bekin Premyer Liqa təmsilçisinə keçidinin bu həftə başa çatacağı gözlənilir. Onun “MY” ilə 5 illik müqavilə imzalayacağı bildirilir.

Share: