“Google” Android 14 əməliyyat sisteminin beta versiyasını təqdim edib

“Google” şirkəti Android 14 əməliyyat sisteminin Pixel 4a 5G və daha yeni smartfon sahibləri üçün ilk beta versiyasını təqdim edib.

Fevral ayının əvvəlindən etibarən Android 14 ilkin olaraq tərtibatçıların ixtiyarına verilib. Əməliyyat sisteminin bu forması, bir qayda olaraq, qeyri-sabit sayılır və tətbiqləri sınamaq üçün hazırlanıb.

İndi isə “Google” Android 14-ün ilk beta versiyasını bütün istifadəçilər üçün əlçatan edib. Əməliyyat sistemini Pixel 4a 5G və daha yeni cihazların sahibləri rəsmi olaraq quraşdıra bilər.

Bununla belə, şirkət əməliyyat sisteminin beta versiyasında müəyyən çatışmazlıqlar ola biləcəyi barədə istifadəçiləri xəbərdar edib.

Mənbə

Share: