Göyçayda kanalda batan şəxsin meyiti tapılıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, 1971-ci il təvəllüdlü Qəfərov Qalib Nazim oğlunun meyiti batdığı yerdən təqribən 150 metr aralıda tapılıb.
Şəxsin cansız bədəni aidiyyətı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə fevralın 29-da Yuxarı Şirvan kanalının rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.