Göygöldə mikroavtobus aşdı

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Topalhəsənli kəndində hərəkətdə olan “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb.
Qəza nəticəsində 1999-cu il təvəllüdlü İbrahimov Qələndər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
///Oxu.Az
Share: