Güclü qar 29 nəfərin həyatına son qoydu

Yaponiyada yağan güclü qar nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir.

Milletinsesi.az unikal.org-a istinadən bildirir ki,  dekabr ayının ortalarından bəri davam edən qar nəticəsində 29 nəfər həyatını itirib.

Ölkədəki mənfi hava şəraiti səbəbindən 400-dən çox aviaşirkətin uçuşları ləğv edilib.  Yamagata əyalətində sürətli qatar xidmətləri həftənin sonuna qədər dayandırılıb.

Şimaldakı Akita əyalətinin Yokote mahalında rekord qar yağışından sonra Öz Müdafiə Qüvvələri (SDF) heyəti axtarış və xilasetmə üçün bölgəyə göndərilib.  Yaponiya Meteorologiya Agentliyi (JMA), Yeni il tətili ilə müqayisədə ölkəyə daha təsirli soyuq havanın daxil olduğunu və həftənin sonunda güclü qar yağmasının gözlənildiyini açıqlayıb.

Share: